2 Sentyabr 2014 20:20
670
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya NATO-nun Şərqi Avropada güclənməsinə reaksiya olaraq hərbi doktrinasına dəyişiklik edəcək. Teleqraf.com "Ria Novosti"yə istinadən xəbər verir ki, soyuq müharibəyə hazırlaşan Rusiya bunu özünün hərbi strateji sənədində əks etdirəcək.

Rusiya Ukraynada rüspərəst qüvvələrə dəstəyi də hərbi doktrinada göstərəcək. Rusiya Milli Təhlükəsizlik Şurasının katib müavini Popov qeyd edib ki, NATO məqsədli şəkildə Rusiya ilə gərginliyi artırır: "NATO öz hərbi obyektlərini tədricən Rusiyaya yaxınlaşdırır. Bu, bizim üçün siqnaldır. Adekvat addımlar atmalıyıq".

NATO Şərqi Avropada hərbi kontingetini artırmaq və xüsusi təyinatlı qüvvələr formalaşdırmaq üçün hərəkətə keçib. Həmin qüvvələr iki gün ərzində toparlanıb istənilən nöqtədə ola biləcəklər.


Müəllif: