1 Aprel 2019 11:50
751
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Mərkəzi Seçki Komissiyası artıq səslərin 50 faizdən çoxunu hesablayıb. Vladimir Zelenski 30,22 faiz səslə əvvəlkitək liderdir. Petro Poroşenko 16,63 faiz səslə ikinci yerdədir.

Teleqraf.com xəbər verir ki, üçüncü yerdə “Batkivşina” Partiyasının lideri Yuliya Timoşenko qəraralaşıb.

O, səslərin 13,08 fazini toplayıb. “Müxalifət bloku”nun namizədi Yuri Boyko 11,49 faiz səslə dördüncü yerdədir.

Zelenski ölkənin regionlarında isə mütləq liderlik edir. O, ən çox səsi Dnepropetrovsk vilayətində toplayıb (44,9 faiz). Vinnitsa vilayətində bundan iki dəfə az (22,12 faiz) səs alıb, ancaq bu da hazırkı prezidentdən qabağa keçməyə kifayət edir.

Qeyd edək ki, Vinnitsada Petro Poroşenkonun ən əsas biznes aktivlərindən biri – “Roshen” qənnadı kompaniyasının iki istehsalat sahəsi və Vinnitsa süd zavodu yerləşir.

Poroşenkonun Odessa vilayətində anadan olmasına baxmayaraq o ilk dəfə Vinnitsa bölgəsindən 1998-ci ildə parlamentə deputat seçilib. Beləliklə, Ali Radanın üzvü kimi onun siyasi karyerası Vinnitsa vilayətindən başlayıb.

2012-ci ildə Poroşenko iqtisadi inkişaf naziri vəzifəsindən və beləliklə hökumətdən getdikdən sonra da Vinnitsa vilayətinin deputatı qismində siyasətçi statusunu qoruyub saxlayıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər