2 Aprel 2019 15:03
621
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 16-17-də Nur-Sultan şəhərində Xəzər məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun ikinci iclasının keçirilməsi planlaşdırılır.

Teleqraf.com xəbər verir ki, Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Aybek Smadiyarov bütün tərəflərin iclasda iştirak edəcəklərini açıqladıqlarını bildirib.

Qeyd edək ki, Qazaxıstan bu yaxınlarda Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanı ratifikasiya edib.

Ötən ilin avqustunda 12-də Aktauda imzalanan konvensiya Xəzər hövzəsi ölkələrinin hüquqlarını və öhdəliklərini müəyyən edir.


Müəllif: Səxavət

Oxşar xəbərlər