Ukrayna prezidenti Pyotr Poroşenko alkoqol və narkotik maddələr testindən keçməyə razılıb verib.
Teleqraf.com xəbər verir ki, Poroşenko prezident seçkilərindəki rəqibi Vladimir Zelenskinin şərtlərini qəbul edib.
Məlumata görə, Poroşenkonun qanının analizləri özəl laboratoriyalardan birində aparılacaq və nəticələr ictimaiyyətə açıqlanacaq.
V.Zelenski Poroşenkonun müzakirələrdən əvvəl testlər keçirməsini istəyib.
Qeyd edək ki, Ukraynada martın 31-də keçirilən seçkilərdə namizədlərin heç biri lazımi sayda səs toplaya bilməyib. Prezident seçkilərinin ikinci turu aprelin 21-də keçiriləcək.