İstanbulda 17 qəsəbədə etibarsız bülletenlərin sayılması başa çatıb. 119 min 652 səs sayılıb. 2184 səs AKP namizədinə, 785 səs isə CHP namizədinə verilib. Hazırda AKP və CHP namizədləri arasında səs fərqli 18 min 742-dir.
Teleqraf.com xəbər verir ki, bu sözləri CHP-nin İstanbul şəhər bələdiyyəsinə namizədi Əkrəm İmamoğlu deyib.
İmamoğlu baş verənlərə təəccüblənmədiyini deyib: “48 yaşım var. Daxili aləmim mənə çox gənc olduğumu deyir, enerjimi hiss edirəm. Atatürk Samsuna çıxmaq haqda qərar verəndə 38 yaşında idi. Mən Atatürkün o qərarı verdiyi yaşından 10 yaş böyüyəm”.
CHP namizədi qeyd edib ki, bələdiyyə sədri seçildiyi xəbəri aldığı gün Alparslan Türkeşi xatırlayb: “Dəmirəli də, Ərbakanı da hər zaman xatırlayıram. Hər kəs eyni cür düşünmək zorunda deyil.
17 qəsəbədə etibarsız bülletenlər sayılıb və aramızda 18 min 742 səs fərqi var. Bütün etibarsız bülletenlərin sayılmasının sonu yoxdur. Həm də 2014-cü ildə Ankarada bu səslərin sayılması rədd olundu”.