Bu gün İrəvanda səhər 08:10 radələrində Andranik küçəsində atışma olub.
Teleqraf.com xəbər verir ki, polis bölməsinə 90 nömrəli evdə atəş səsləri eşidildiyi barədə məlumat daxil olub. Polis əraziyə gedib və hadisə yerində iki güllə və tapança aşkar edilib. Ayağından güllə yarası alan mənzilin sahibi Conni Samsonyan xəstəxanaya çatdırılıb.
Məlumata görə, sözügedən şəxs N saylı hərbi hissənin komandiridir.
Yaralansa da, komandir ona hücum edən şəxsi zərərsizləşdirməyi bacarıb. Hücum edən şəxs yaralı halda polis bölməsinə aparılıb.