5 Aprel 2019 22:53
632
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya Bankına yeni prezident seçilib.

Teleqraf.com xəbər verir ki, bu vəzifəni ABŞ maliyyə nazirinin müavini Devid Malpass icra edəcək. Onun namizədliyini ABŞ prezidenti Donald Tramp irəli sürmüşdü.

Bankın sabiq rəhbəri Cim Yon Kim fevralın 1-də, səlahiyyət müddəti bitmədən istefaya gedib. Cim Yon Kim qərarının səbəbini özəl sektorda fəaliyyət göstərmək istəyi ilə əsaslandırıb. Ondan sonra bu vəzifə icraçı direktor Kristalina Georgiyevaya tapşırılıb.

Xatırladaq ki, ənənəyə əsasən Dünya Bankının rəhbərliyinə bir qayda olaraq ABŞ vətəndaşı 5 illik müddətə seçilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər