İngiltərədə nəşr olunan “Guardian” qəzeti martın 31-də Türkiyədə keçirilən bələdiyyə seçkiləri ilə bağlı yayımladığı məqalədə Prezident Rəcəb Tayyib Ərdoğanı sərt tənqid edib.
Teleqraf.com xəbər verir ki, nəşr seçkilərin nəticələrini Ərdoğan üçün “pis sürpriz” adlandırıb.
Məqalədə Türkiyə iqtidarının nəzarətindəki media qurumlarının apardığı təbliğat seçki qutularına qarşı “qiyam” kimi qiymətləndirilib:
“Ərdoğan üçün pis olan seçkilər demokratiya üçün yaxşıdır. Avtoritar liderlər məğlubedilməz deyil. Bu baxımdan, seçkilərdə Türkiyə müxalifətinin qələbəyə yaxın olması xəbərləri müxalifətin özü üçün də təəccüblü idi.
Amma iqtidardakı AKP-nin etirazlarına görə proses hələ başa çatmayıb. Bununla belə bundan sonra nə olursa-olsun, nəticələrin 16 ildir ölkəni idarə edən Rəcəb Tayyib Ərdoğana qarşı qiyam olduğuna şübhə yoxdur”.