10 Aprel 2019 11:52
1 892
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin İsveç Baş naziri Stefan Leven ilə görüşündə sözlərini təhrif edən tərcüməçinin səhvini düzəltmək məcburiyyətində qalıb.

Teleqraf.com xəbər verir ki, Rusiya liderinin çıxışının stenoqramı Kremlin saytında yerləşdirilib.

Rusiya ilə İsveç arasındakı əlaqələri izah edən V.Putin qeyd edib ki, çətinliklərə baxmayaraq əlaqələr inkişaf edir. Bundan sonra İsveç tərəfini “dost” adlandırıb. Ancaq tərcüməçi bu sözü “tərəfdaş” kimi tərcümə əvəz edib.

“Mən “dostlarım” dedim, o isə “tərəfdaşlar” kimi tərcümə etdi. Sadəcə, quldurdur”, – deyə V.Putin tərcüməçini zarafatyana məzəmmət edib.

O əlavə edib ki, Rusiyada 500-dən çox İsveç şirkəti işləyir və ruslar onların hamısına “məhz dost kimi” yanaşır. V.Putinin sözlərinə görə, 2018-ci ildə Rusiya və İsveç arasında ticarət dövriyyəsi 30 faizdən çox artıb.

V.Putin və S.Leven aprelin 9-da Sankt-Peterburqda keçirilən “Arktika – Dialoq ərazisi” adlı beynəlxalq forum çərçivəsində görüşüblər.


Müəllif: Səxavət

Oxşar xəbərlər