11 Aprel 2019 17:11
958
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kreml Rusiya bazarlarının Belarusun bəzi mallarının üzünə bağlanılmasını sanksiya adlandıran Prezident Aleksandr Lukaşenko ilə eyni fikirdə deyil”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Kreml sözçüsü Rusiyanın Belarusa sanksiya tətbiq etmədiyini bildirib: “Əlbəttə, Aleksandr Qriqoryeviçlə eyni fikirdə deyilik. Biz Belarus sanksiya tətbiq etmirik”.

Peskov bununla belə, tərəflər arasında bəzi iqtisadi və ticari məsələlərlə bağlı fikir ayrılığının olduğunu təkzib etməyib.

Bundan əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanı bazarlarını Belarus mallarını bağlamaqda və ölkəsinə sanksiya tətbiq etməkdə ittiham edib: “Ruslar qollarımızı bükəcək qədər kinli olublar”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər