Ekvadorun sabiq prezidenti Rafael Korrea “Vikiliks” qurucusu Julian Assanca verilmiş siyasi sığınacağı ləğv etdiyinə görə hazırkı prezident Lenin Moreni Latın Amerikası tarixində ən böyük xain adlandırıb.
Teleqraf.com xəbər verir ki, sabiq prezident Assancın Ekvadorun Londondakı səfirliyindən çıxarılmasını sərt tənqid edib.
Assancın məhkum ediləcəyi və ABŞ-a ekstradisiya olunacağını bildirən sabiq prezident xatırladıb ki, dünya məhz Assanc vasitəsilə ABŞ-ın İraqdakı işgəncə fəaliyyəti və digər qalmaqallı hadisələrdən xəbər tuta bilib.