15 Aprel 2019 11:42
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liviyalı feldmarşal Xəlifə Haftar Misir lideri Əbdülfəttah Sisi ilə görüşüb.

Teleqraf.com bildirir ki, bu barədə Misir mətbuatı xəbər yayıb.

Məlumata görə, Prezident Sisi general Haftarı Qahirədə qəbul edib. Görüşdə Liviyadakı son hadisələr müzakirə edilib.

Xatırladaq ki, Qahirədən əvvəl feldmarşal Səudiyyə Ərəbistanına səfər edərək Kral Salmanla görüşüb.

Bu arada Liviyada BMT-nin rəsmən tanıdığı Milli Keçid Hökumətinin sözçüsü Mühanned Yunus bəyan edib ki, təmsil etdiyi hökumət atəşkəsi məmnuniyyətlə qarşılamağa hazırdır, ancaq bunun üçün Haftara bağlı ordu əvvəlki mövqelərinə çəkilməlidir.

Qeyd edək ki, feldmarşal Haftar Liviyanı birləşdirmək üçün paytaxt Tripoliyə hücumlara başlayıb.


Müəllif: Cavad

Oxşar xəbərlər