17 Aprel 2019 16:24
828
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin meqastarı Tarkan uzun fasilədən sonra Crocus Group-un təsisçisi Araz Ağalarovun “Crocus City Hall” zalında konsert verməyə razılaşıb.

Teleqraf.com Türkiyə KİV-inə istinadla xəbər verir ki, Tarkanın konserti Türkiyə-Rusiya qarşılıqlı mədəniyyət və turizm ili çərçivəsində baş tutacaq.

Ulduzun konsertləri mayın 11-də “Qazan Tatneft Arena”da və mayın 14-də Moskvada “Crocus City Hall”da olacaq.

Hər iki konsertin biletlərinin satışa çıxarıldığı bildirilir. Məlumata görə, türkiyəli müğənni iki konsertdən 1 milyon dollar qonorar əldə edəcək.


Müəllif: Leyla