Güney Azərbaycanın Ərdəbil vilayətinin Polis İdarəsinin rəisi Meşginşəhrdə 3 min illik antik əşyaların tapıldığını bildirib.
Teleqraf.com xəbər verir ki, idarənin rəisi, general Huşəng Hüseyni tarixi əsərlərin Məzrə Xələf kəndində bir yaşayış evindən tapıldığını deyib.
Onun sözlərinə görə, polis evə baxış keçirərkən 6 saxsı qab, 1 yağ çırağı, 78 bürünc pərçim əsəri, 3 bürünc halqa, fil dişindən 2 üzük, 2 bürünc qılınc və 1 ağırlıq daşı aşkar olunub.
Mədəni İrs İdarəsinin eksperti antik əsərlərinin 3 min il əvvələ aid olduğunu deyib.
Tarixi əsərlərin qaçaqmalçılığı ilə məşğul olan şəxs saxlanılaraq məhkəməyə göndərilib.