20 Aprel 2019 17:29
867
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hakkari şəhərində Türkiyə-İraq sərhədində baş verən silahlı qarşıdurma zamanı şəhid olmuş 4 türk əsgəri üçün mərasim keçirilib.

Teleqraf.com xəbər verir ki, mərasimdə Türkiyənin Dağ və Komando Briqada Komandanlığının İraqla sərhəddə terror təşkilatına qarşı həyata keçirdiyi əməliyyat barədə məlumat verilib.

Bildirilib ki, Zap terror düşərgəsi yaxınlığında yerləşən İraqla sərhəddəki Seriberi bazasında baş verən qarşıdurmada 4 türk əsgəri həlak olub, 6 hərbçi isə yaralanıb.

Ən azı 20 terrorçu isə əməliyyat nəticəsində zərərsizləşdirilib. Komandanlıq şəhid olan türk əsgərlərinin qisasının alınacağını da açıqlayıb.

Bölgədə vəziyyətin gərginləşdiyini nəzərə alan Müdafiə naziri Hulusi Akar İraqla sərhəd xəttinə gəlib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər