Sudanın devrilmiş prezidenti Ömər əl-Bəşir yemək və dərman qəbulundan imtina edib.
Teleqraf.com xəbər verir ki, bu barədə sabiq prezidentin həkimləri açıqlama verib.
Qan laxtalanmasından əziyyət çəkən prezidentin həyatına təhlükə olmasa da, o, psixoloji sarsıntı içərisindədir.
Sudanda 19 dekabrda iqtisadi böhrana görə başlayan etiraz aksiyaları nəticəsində 30 il hakimiyyətdə olan Ömər əl-Bəşir devrilib.