22 Aprel 12:41
3 287

İranın Qorqan şəhərində keçirilən gecə şənliyinə qatılan 25 qız və oğlan saxlanılıb.

Teleqraf.com xəbər verir ki, şəhərdəki villalardan birinə qız və oğlanların şənliyə yığışması barədə polisə məlumat daxil olduqdan sonra həmin ünvanda əməliyyat keçirilib.

Əməliyyat nəticəsində alkoqollu içki qəbul edən, açıq-saçıq geyinən 25 qız və oğlan saxlanılıb. Villadan həmçinin kustar üsulla hazırlanmış alkoqollu və xarici istehsal olan spirtli içkilər aşkarlanaraq götürülüb.

Saxlanılan gənclərin hazırda harada saxlanıldığı və nədə ittiham edildiyi açıqlamayıb.

Xatırladaq ki, 2016-cı ildən bu günədək gecə partilərinə, ziyafət və ad günü mərasimlərinə qatıldıqları üçün 1700-dən çox insan həbs edilib.


Müəllif: Mənsur Rəğbətoğlu