Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) ölkə xaricində PKK-ya qarşı əməliyyatı davam edir.
Teleqraf.com xəbər verir ki, MİT İraqın Sincar bölgəsində ələ keçirilən 4 terrorçunu Türkiyəyə gətirərək müvafiq qurumlara təslim edib.
Məlumata görə, yaxalanan terrorçular Suriyada PYD/YPG mərkəzlərində hərbi təlimlərdə iştirak ediblər.
Onlar Suriyadan İraqa keçərkən Sincarda kimlikləri təsbit edilib.
Terrorçulardan biri 2010-cu ildən PKK-ya qatılıb, Qara və Haftanində türk ordusuna qarşı terror hücumlarında aktiv rol alıb.