22 Aprel 2019 13:54
955
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birinci xanım olmaq qorxuludur. Mən informasiya məkanından kənarda qalmaq istəyərdim.

Teleqraf.com xəbər verir ki, bu sözləri Ukraynanın yeni seçilmiş Prezidenti Vladimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya deyib.

“Birinci xanım postunda olmağa nə qədər hazırsınız” sualını xanım Zelenskaya belə cavablandırıb: “Bu haqda ciddi düşünmürdüm. Mümkün olsaydı, öz işimlə, məhz ssenarilərlə “Kvartal-95” studiyasında işləmək istərdim”.

Qeyd edək ki, Yelena Zelenskaya həyat yoldaşının prezidentliyə namizədliyini verməsinə etiraz etsə də, son anda şoumenlə razılaşıb.


Müəllif: Nərgiz

Oxşar xəbərlər