24 Aprel 2019 10:48
522
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məqsədimiz ölkədə kommunizm qurmaq deyil. Kapitalizmin çirkləndirdiyi sosializm yolunu təmizləməkdir.

Teleqraf.com xəbər verir ki, bu sözləri “Röyter” agentliyinə 31 mart bələdiyyə seçkilərində Tuncelinin bələdiyyə sədri seçilən kommunist Fatih Maçoğlu deyib.

Maçoğlu bildirib ki, seçki kampaniyasında insanlarla təmas zamanı iki problem müəyyən edib: “Birinci odur ki, insanlar qarşılarında divarı görmək istəmirlər. Yəni bürokratiya arzulamırlar. Digər tərəfdən, insanlarımız bələdiyyə ilə aralarına sədd çəkilməsini istəmir.

Daha bir problem işsizlikdir. Bizim məqsədimiz kommunizm qurmaq deyil. Biz kapitalizmin çirkləndirdiyi sosializm yolunu təmizləmək istəyirik”.

Fatih Maçoğlu bələdiyyə sədri olduğu bölgədə 35 faizə yaxınlaşan işsizlik problemini turizmi canlandırmaq, kooperativləri genişləndirməklə faizi aşağı salmağı planlayır.

Xatırladaq ki, 31 mart bələdiyyə seçkilərində Türkiyə Kommunist Partiyası yalnız Tuncelidə bələdiyyə sədri postunu əldə edib.


Müəllif: Cavad

Oxşar xəbərlər