Ukraynada şoumen Vladimir Zelenskinin prezident seçilməsindən sonra türk ssenarist Qəni Müjdə sosial şəbəkədə sorğu keçirərək izləyicilərə “Türkiyədə hansı komedediya ustasını prezident görmək istərdiniz” sualını ünvanlayıb.
Teleqraf.com xəbər verir ki, anket-sorğuda birinci yeri tutan məşhur aktyor Cem Yılmazın açıqlaması ilə hər kəsin marağına səbəb olub.
Səslərin 70 faizini qazanan Cem Yılmaz birinci olduğu anket barədə belə deyib: “Komediyanın yaşaması üçün seçkilərə getməyi düşünmürəm”.