26 Aprel 2019 21:30
1 202
12 Punto 14 Punto 16 Punto 18 Punto

Donbas sakinlərinə pasport verdiyinə görə Rusiyanı cəzalandırmağın bir yolu var.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Yevgeni Rıbçinski bildirib.

Onun sözlərinə görə, təklif edilən metod Moskvanı çıxılmaz vəziyyətə sala bilər. Belə ki, ukraynalı deputat Ukrayna pasportlarını Rusiya ərazisində paylamağı təklif edib. Deputat qeyd edib ki, Rusiyada Ukrayna pasportunu almaq arzusunda olan insanların yaşadığı bir sıra yerlər var.

“Əgər müharibə gedirsə və onlar bizə qarşı qeyri-diplomatik hərəkət edirlərsə, biz də eyni şəkildə onlara cavab verməliyik. Rusiyada etnik ukraynalıların yaşadığı Kuban, qismən ukraynalı olan Tümen var. Moskvanın özündə bizim təsəvvür etməyəcəyimiz qədər ukraynalı mövcuddur”, – deyə deputat bildirib.

Y.Rıbçinskinin sözlərinə görə, belə bir tədbir Moskvanı çətinliyə salar.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin aprelin 24-də Donbas əhalisinin rus pasportlarını sadələşdirilmiş qaydada almasına dair fərman imzalayıb. Sənəd humanitar məqsədlər üçün imzalanıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər