27 Aprel 2019 17:21
1 496
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Ştatlar dünya arenasında öz mövqeyini sürətlə itirir, tezliklə siyasi və diplomatik uğursuzluqlarla üzləşə bilər.

Teleqraf.com xəbər verir ki, bunu Harvard Universitetinin beynəlxalq münasibətlər üzrə professoru Stiven Volt “Foreign Policy” jurnalında dərc olunan məqaləsində bildirib.

Onun fikrincə, ABŞ Prezidenti Donald Trampın prinsipsiz siyasəti Vaşinqtonun əleyhdarlarını birləşməyə və tərəfdaşlarını ondan uzaqlaşdırmağa xidmət edir. Buna görə də ABŞ bir çox vacib beynəlxalq problemlərdə kompromis əldə edə bilmir:

“Birləşmiş Ştatlar özünün maliyyə sistemi və dolların dünya arenasındakı roluna görə hələ də qüdrətli dövlətdir. Ancaq getdikcə daha çox ölkə başa düşür ki, onlar üçün də bir sərhəd var. Bu siyasətin davam etməsi ABŞ-ın total fiasko ilə üzləşməsinə gətirib çıxaracaq”.


Müəllif: Səxavət

Oxşar xəbərlər