27 Aprel 2019 21:14
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney azərbaycanlı milli-mədəni fəal Yunis Araz (Quluzadə) Təbriz şəhərində təhlükəsizlik qüvvələri tərəfindən tutulub.

Teleqraf.com Güney Azərbaycana bağlı saytlara istinadla xəbər verir ki, o, bir gün saxlandıqdan sonra müvəqqəti olaraq sərbəst buraxılıb.

Məlumata görə, aprelin 24-də azərbaycanlı fəalın iş yerinə hücum çəkən təhlükəsizlik qüvvələri onu yaxalayaraq Təbriz kiber polisinin təcridxanasına aparıblar. Fəal bir gün saxlandıqdan sonra 50 milyon tümənlik mülki vəsiqə qarşılığında azadlığına qovuşub.

Yunis Arazın “milli təhlükəsizliyi pozmağa cəhd göstərmək” ittihamı ilə saxlandığı bildirilir.

Aprelin 19-da Təbrizin “Səhənd” stadionunda bu şəhərin “Traxtur” futbol komandası ilə “Peykan” arasında keçirilən görüş zamanı da yerli komanda tərəfdarları təhlükəsizlik qüvvələrinin hücumuna məruz qalıb. Onlardan bir neçəsi tutulub. Aradan 8 gün keçməsinə rəğmən saxlanılan soydaşlarımızdan heç bir xəbər yoxdur.


Müəllif: Səxavət

Oxşar xəbərlər