Məşhur aparıcı Erxan Çəliklə eşq yaşadığı deyilən türkiyəli müğənni Hadisə bu iddialara sərt reaksiya verib.
Teleqraf.com xəbər verir ki, iddiaları özünə və sevənlərinə qarşı təhqir saydığını söyləyib.
Son günlər adı Mina Başaranın nişanlısı Murad Gezərlə hallanan Hadisənin müğənni Gülbən Ergənin keçmiş həyat yoldaşı Erxan Çəliklə sevgili olduğu xəbərləri şok effekt yaradıb. Cütlüyün İstinyedə bir evdə görüşdüyü iddia edilir.
Hadisə İnstaqram hesabından yayılan xəbərlərə nöqtə qoyub:
“Bir qadın kimi hər münasibətin arxasında durmağa qadirəm və bununla həmişə qürurlanmışam. Bir şeyi səmimi şəkildə bilməyinizi istəyirəm ki, həyatıma daxil olan şəxs bütün sevənlərimin qarşısına qürurla çıxara biləcəyim şəxs olacaq”.