5 May 2019 01:25
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın ədliyyə naziri Devid Qauke seçkilər zamanı yaşanan ağır məğlubiyyətdən sonra Mühafizəkarlar və Leyboristlər partiyalarına çağırış edib. Qauke bu məğlubiyyətin səbəbi kimi Brexit müqaviləsində yaranan fikir ayrılığını əsas gətirib.

O, hər iki əsas partiyaya iş yerləri və yaşayış imkanlarını qoruyan həssas müqaviləni təmin etmək üçün məsuliyyətli olmağa dəvət edib. Nazir hər iki tərəfi güzəştə getməyə çağırıb.

Devid Qauke deyib: “İnanıram ki, ingilis xalqı Brexitin məntiqli şəkildə sona çatdırılmasını istəyir”.

Xatırladaq ki, Böyük Britaniyanın hakim Mühafizəkar Partiyası mayın 2-də İngiltərədə və Şimali İrlandiyada yerli idarəetmə orqanlarına keçirilən seçkilərdə 1335 deputat mandatı itirərək, məğlubiyyətə uğramışdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər