Türkiyənin Malıtəpə şəhərində dəhşətli olay baş verib.
Teleqraf.com xəbər verir ki, Hülya Balkaş adlı şəhər sakini qızı ilə birlikdə "Rottveller" cinsli itini veterinara aparıb və əməliyyat etdiriblər.
İddiaya görə, ana və qızı əməliyyatdan sonra narkoz təsiri altında olan iti veterinardan alıb avtomobillə evə doğru yola çıxıblar. Avtomobil Feyzullah küçəsinə çatdıqda anesteziyanın təsirindən ayılan köpək ana və qızına hücum edib və onları yaralayıb. Hülya Balkaş ve qızı təlaşla avtomobildən yerə eniblər. Onların ardınca yerə enən kömək küçədən keçənlərə hücum etməyə başlayıb. Bu zaman yoldan keçən Eren Aydın adlı şəxs də köpəyin hücumuna məruz qalıb və yaralanıb. Yoldan keçənlər əllərndəki dəmir boru və zopalarla iti zərərsizləşdirməyə çalışıblar. Az sonra hadisə yerinə gələn bələdiyyə işçiləri köpəyi uyudaraq, sığınacağa aparıblar.