Avropa İttifaqı Ebola virusu ilə mübarizə üçün Afrikaya 140 milyon avro yardım ayıracaq.
Teleqraf.com-un rus mediasına istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı Avropa Komisiyyası verib.
Ümumdünya səhiyyə təşkilatının məlumatına görə, hazırda Ebola virusuna 3,5 mindən çox yoluxma halı qeydə alınıb, onlardan da 1,9 mini ölümlə nəticələnib.
38 milyon avronun qida və su təhlükəsizliyinin təmin olunmasına, beş milyon avronun mobil laboratoriya və tibb işçilərinə, qalan məbləğ isə hökumətə səhiyyə sisteminin yaxşılaşdırılması üçün veriləcək.
Samir