7 May 2019 12:14
921
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Yüksək Seçki Kurulunun (YSK) İstanbulda bələdiyyə sədri seçkisinin yenidən keçirilməsi haqda qərarından sonra Cümhuriyyət Xalq Partiyasının (CHP) fövqəladə toplantısı keçirilir.

Teleqraf.com xəbər verir ki, toplantıda CHP Məclisi, partiyanın millət vəkilləri və İstanbul Bələdiyyə sədrliyi əlindən alınan Əkrəm İmamoğlu da iştirak edir.

Toplantıda YSK-nın İstanbulda yeni seçkilər təyin etməsinə qarşı CHP-nin yol xəritəsi hazırlanacaq.

CHP lideri Kamal Kılıçdaroğlu jurnalistlərə bildirib ki, qarşıda çox gözəl hadisələr olacaq: “Bu ölkəyə demokratiya gətirəyəcəyik. Mübarizəmiz demokratiya üçün olacaq”.

Artıq Əkrəm İmamoğluda İstanbuldan Ankaraya hərəkət edib. CHP mərkəzi qərargahına daxil olan İmamoğlu jurnalistlərə bildirib ki, iclasdan sonra açıqlama verəcək.


Müəllif: Cavad

Oxşar xəbərlər