“Suriyada müharibə başlayandan rejim başçısı Bəşər Əsədi dəstəkləyən Rusiya qələbə qazandı”.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-da nəşr olunan “Foreign Policy” qəzetinin analitik məqaləsində bildirilib.
Məqalədə qeyd edilib ki, artıq Bəşər Əsədi devirə bilməyəcəyini anlayan silahlı üsyançılar da rejim dəyişikliyi tələbindən imtina ediblər:
“Silahlı müxaliflər ölkədəki mövqelərinin çoxunu itiriblər. Rusiya əsas hədəflərinə çatdı. Suriyada öz üstünlüyünü təmin edən Moskvanın indiki hədəfi dağılmış ölkəni yenidən qurmaqdır. Buna görə pul Moskvanı düşündürən əsas faktor çevrilib”.
Qəzet müharibənin xarabalığa çevirdiyi Suriyanı Avropa kapitalı ilə qurmaq istədiyini iddia edib:
“Yüksək çinli bir Avropa İttifaqı diplomatı bildirib ki, Rusiya Suriyanı bizim pulumuzla bərpa etmək istəyir, buna görə də rus şirkətləri ilə bir sıra müqavilələr imzalana bilər”.