İran Prezidenti Həsən Ruhani ilə Qətər Əmri Şeyx Təmim bin Həmid Al Sani arasında telefon danışığı olub.
Teleqraf.com-un xəbərinə görə, İran tərəfinin yaydığı məlumatda Ruhani ilə Al Sani arasında iqtisadi-siyasi əməkdaşlıq və regional durumun müzakirə edildiyi vurğulanıb.
Tehranın Qətər və bölgə ölkələri ilə əlaqələri inkişaf etdirmək istədiyini bildirən Həsən Ruhani Qətər və İranın siyasi və iqtisadi sahədə əməkdaşlığını gücləndirmək üçün heç bir maneənin olmadığını ifadə edib.
Bölgədəki son proseslərin ABŞ siyasəti nəticəsində qarmaqarışıq duruma düşdüyünə diqqət çəkən Prezident Ruhani əlavə edib ki, Vaşinqton hökuməti İran neftinin ixracatını dayandırmaqla bölgədə sabitliyin pozulmasını çalışır.
Qətər Əmiri Al Sani Tehranla əlaqələri davam etdirməyə hazır olduğunu ifadə edib.