“Heç kəs mənə Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin Ermənistan buraxılmaması haqda tələb irəli sürməyib”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib:
“Birinci dəfədir belə bir problemin olduğunu eşidirəm. Heç kəs mənimlə bu məsələni müzakirə etməyib”.
Qeyd edək ki, Mixail Saakaşvili bundan əvvəlki açıqlamasında onun Türkiyə, Ukrayna və Ermənistana girişinə icazə verilmədiyini söyləmişdi.
O, buna görə Rusiya Prezidenti Vladimir Putini ittiham etmişdi.