10 May 2019 10:53
1 330
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk iş adamı Mustafa Sarıgülün İstanbul bələdiyyə sədrliyinə namizəd olacağı barədə məlumat yayılıb.

Teleqraf.com xəbər verir ki, məlumatda onun Demokrat Sol Partiyasından namizəd olacağı bildirilib.

Sarıgülün özü isə bu barədə yayılmış informasiyanın həqiqət olmadığını deyib: “İstanbul bələdiyyə sədrliyinə namizəd olacağım barədə yayılan iddia reallığı əks etdirmir. Bu xəbəri yayan şəxs 15 il əvvəl şəhər bələdiyyəsində işləyib. Hazırda bu məsələ planlarıma daxil deyil”.

Qeyd edək ki, iyunun 23-də keçiriləcək seçkilər üçün hələlik CHP və AKP-nin namizədləri qeydiyyata alınıb.

Seçkidə əsas yarışın CHP-nin namizədi Əkrəm İmamoğlu ilə AKP-li rəqibi Binəli Yıldırım arasında gedəcəyi gözlənilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər