“Arsenal”ın yarımmüdafiəçisi Henrix Mxitaryan Avropa Liqasının finalında iştirak etmək üçün Azərbaycana maneəsiz gələ biləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Avropa Futbol Assosiasiyası İttifaqı (UEFA) məlumat yayıb.
Məlumata görə, başqa ölkələrdə keçirilən oyunlara futbolçular üçün viza alınması məqsədilə futbol assosiasiyalarına, klublara və səfirliklərə məktub göndərilməsi UEFA-nın standart qaydasıdır.
Bildirilib ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) UEFA-nın “Arsenal”la Mxitaryana problemlər olmayacağına dair tələbini təsdiqləyib və bu oyunçunun Azərbaycana girişinə problemin olmayacağı və təhlükəsizliyinin tam təminatı üçün lazımi tədbirlər görüləcəyini açıqlayıb.
Qeyd edək ki, Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək. “Arsenal” klubu Ermənistanla Azərbaycanın münasibətlərinə görə, Mxitaryan Bakıya girişi ilə bağlı problemlər yarana biləcəyindən ehtiyat edirdi.