Dünyanın ən güclü hakerlərindən olan Adrian Lamonun ölüm səbəbi yenidən gündəmə gələ bilər.
Teleqraf.com xəbər verir ki, Adrian Lamonun adı ilk dəfə dünyaya məşhur Wikileaks hadisələri zamanı eşidilib.
2010-cu ildə məhz Lama ABŞ hakimiyyətinə bildirmişdi ki, Bredli Menninq ABŞ hərbi helikopterinin İraqda vurulmasına dair 39 dəqiqəlik video görüntüləri Wikileaksa göndərib. Bu informasiyadan sonra aydın olmuşdu ki, Wikileaks qurucusu Julian Asanc Berdli ilə telefon danışığı zamanı onu daha çox informasiya göndərməyə təhrik edib.
Lamanın ABŞ hökumətinə verdiyi bu informasiyadan sonra Menninq həbs edildi və məhkəmə onun barəsində 35 il müddətinə cəza kəsdi. 2017-ci ildə isə prezident Obama onun həbs müddətini 7 ilə endirdi. İndisə bəlli olur ki, Bredli Menninq faktiki azadlıqdadır. Digər tərəfdən, Julian Asanc Londonda həbs edilib, amma onunla bağlı hansı qərarın veriləcəyi bəlli deyil. Məhz belə bir ərəfədə Adrian Lamonun ölüm məsələsi yenidən gündəmə daşına bilər.
Xatırladaq ki, Adrian Lamo 20 fevral 1981-ci ildə Bostonda doğulub., 2018-ci ilin 14 martında isə Kanzasda ölüb.
River kollecinin tələbəsi, jurnalist və haker olan Lamo eyni zamanda “Evsiz haker” ləqəbi ilə tanınırdı.
Haker kimi Lamo böyük şirkətləri ciddi itkilərə məruz qoyub. Məsələn, haker məşhur Mİcrasoft şirkəti, Yahoo və “Nyu-Yorks Times” qəzetinin veb versiyasının təhlükəsizlik kodlarını qıraraq sistemə daxil ola bilməsini göstərmək olar. Lamo kinoda, kitabxanada, kafedə öz bacarığını yaxşılaşdırmaq məqsədilə saytların kodunu qırmaq, şəbəkəyə daxil olmaq işlərinin üzərində işləyib. O, təhlükəsizliklə bağlı səhvləri tez-tez tapır və bu imkan verirdi ki, istədiyi şəbəkəni qıraraq ona daxil olsun. Əksər vaxtlar isə bu səhvlər haqqında şirkətləri məlumatlandırırdı.
“Evsiz haker” ləqəbli Adrianın qələbələri sırasında Citigroup, Bank of Anerica, Cingular kimi nəhəng korporasiyaların adı yer alır. Ancaq haker bütün bunları edərkən ABŞ dövlət qanunlarını pozur və beləcə hədəf olmağa çevrilirdi.
“Nyu-Yorks Times” qəzetinin veb səhifəsini qıraraq şəbəkəyə daxil olduğu üçün kiber cinayətdə ittiham olunan Lamoya məhkəmə 65 min dollar cərimə kəsir. Həmçinin haker 6 ay sınaq həbsi təyin edilməklə barəsində 2 il müddətinə həbs verilir. 2007-ci ilin yanvarında onun sınaq müddəti başa çatır. Artıq Lamo məşhur mühazirəçi-mütəxəssis və jurnalist idi. Hətta təhlükəsizlik üzrə müstəqil konsultant hesab olunurdu, amma istənilən muzdlu iş təklifindən də imtina edirdi.
2010-cu ildə Adrian Lama ABŞ hakimiyyətinə Julian Asanca informasiya ötürən şəxslərdən birinin Bredlii Meninq olduğu xəbərini verir. Məlum olur ki, bu haqda Menninq özü Lamoya bildirib. Bundan sonra Menninq həbs edilir, az sonra həbsxanada cinsiyyət orqanını dəyişir.
Adrian Lamonun ölümü haqqında məlumatı isə sosial şəbəkələrdə onun atası yazır. Ölüm şəraiti haqqında məlumat olmayam zəki haker barəsində atası Mario Lamo yazırdı: “Böyük kədərlə və sındırılmış ürəklə bütün dostlara bildirirəm ki, o öldü. Parlaq ağıl və rəhimli ürək, ruh yox oldu. O mənim sevimli oğlum idi”. Atası bu sözləri ABŞ-ın məşhur haker qrupunda yazmışdı.
Lakin indinin özündə də, Adrian Lamonun ölümünə şübhəli yanaşılır, onun zəkasından xüsusi xidmət agentliklərinin istifadə etdiyi haqda sübut olunmayan fikirlər ortaya atılır.