Türkiyənin Anadolu Agentliyinin əməkdaşı Abdülkadir Nişancı ölkənin Derebaşı Virajları bölgəsində çəkiliş apararkən qar uçqunu altında qalıb.
Teleqraf.com xəbər verir ki, Abdülkadir Nişancı Bayburt ilə Trabzon arasında yerləşən Soğanlı dağındakı yolun qardan təmizlənməsi işlərini izləyərkən qəzaya düşüb. Onun həyatını xilas etmək üçün bölgəyə Türkiyə Fəlakətlər və Fövqəladə Vəziyyət Mərkəzinin əməkdaşlarından, o cümlədən polis və həkimlərdən ibarət xilasedici qrup cəlb edilib.