ABŞ Yaxın Şərqə yeni silahlar toplayır. Son məlumata görə, Birləşmiş Ştatlar “USS Arlinqton” dəniz piyadaları gəmisi və “Patriot” hava müdafiə sistemini regiona göndərib.
Teleqraf.com xəbər verir ki, Pentaqon İranla güclənən gərginlik səbəbindən dəniz piyadaları batareyasını və “Patriot” sistemlərini bura göndərdiyini açıqlayıb.
Pentaqon qeyd edib ki, ABŞ Mərkəzi Qüvvələr (CENTCOM) Komandanlığının hərbi güc tələbinin bir hissəsi olaraq bu addımı atıb.
Həmçinin bildirilib ki, İran rejimi, ordusu və dəstəkçi güclərinin fəaliyyəti yaxından izlənilir.
Xatırladaq ki, həftənin əvvəllərində ABŞ “USS Abram Linkolin” təyyarə daşıyan gəmisini, nüvə başlığı daşıyan B-52 bombardmançı təyyarələrdən ibarət qrupu körfəzə göndərib.