"Xaricdən müəyyən mərkəzlərlə əməkdaşlıq edən quruluşlardan biri Pensilvaniyadır".
Teleqraf.com-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, baş nazir Əhməd Davudoğlu prezident Rəcəb Tayyib Ərdoğanın Fətullah Gülənin ekstradisiyası ilə bağlı sözlərinə münasibət bildirib. O deyib ki, bu məsələdə Türkiyə xalqının firavanlığı, ölkənin gələcəyi üçün vacib olan addımları atmağa hazırdırlar.
“İstintaq davam edir. Çox ciddi ittihamlar, iddialar var. Bu hüquqi proses fasiləsiz davam edəcək. Türkiyədə bu və ya bu niyyətli olanların fəaliyyətinə icazə vermərik”- deyə baş nazir əlavə edib.
Samir