14 May 21:38
603

ABŞ prezidenti Donald Tramp “New York Times” qəzetinin Pentaqonun Yaxın Şərqə 120 min hərbçinin göndərməsinə dair iddiasını təkzib edib.

Teleqraf.com xəbər verir ki, Tramp jurnalistlərə açıqlamasında “New York Times” qəzetinin yazdıqlarının yalan olduğunu deyib: "NYT yalan xəbər yazır. Bunu qəti şəkildə edərədim, amma belə bir planımız yoxdur. Ümid edirəm ki, planlamaq zorunda da qalmayacağıq. Əgər planım olsaydı bölgəyə daha çox hərbçi göndərərdim"

Xatırladaq ki, daha əvvəl Amerika məmurlara istinadən “New York Times” qəzeti Pentaqonun İranın öz nüvə fəaliyyətini sürətləndirəcəyi və ya Amerika hərbçilərinə hücum edəcəyi təqdirdə Yaxın Şərqə 120 min əsgər göndərməklə bağlı plan hazırladığını yazıb. Ölkənin milli təhlükəsizliyi üçün məsuliyyət daşıyan məmurların sözlərinə görə, ABŞ-ın müdafiə naziri vəzifələrini icra edən Patrik Şanaxan mayın 9-daa ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə əsas köməkçilərinin görüşündə planı təqdim edib. Yeni plan prezidentin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Boltonun təzyiqi altında hazırlanıb.

Qəzetin məlumatına görə, planda açıqlanan hərbi qulluqçuların sayı görüşdə olanlardan bir çoxunu şoka salıb, çünki 2003-cü ildə İraqa müdaxilədə təxminən bu qədər Amerika hərbçisi iştirak edirdi.

Yenilənmiş plan İrana qarşı quru əməliyyatını nəzərdə tutmur, bu halda olduqca çox hərbçi lazım olardı.

Qeyd edək ki, ABŞ daha əvvəl İran tərəfindən təhlükənin kəskin artdığını elan edərək regiona təyyarədaşıyan qruplaşmanı və strateji bombardmançıları göndərib.


Müəllif: Teleqraf.com