Meksikada yaşayan 23 yaşlı Paulina Landeros ailəsindən intiqam almaq üçün ağlasığımaz üsula əl atıb.
Teleqraf.com xəbər verir ki, Paulina xarici görünüşünə görə onu qəbul etməyən ailəsinə cavab olaraq, göbək dəliyini kəsdirib.
Ağır əməliyyatla göbəyini aldıran qadın bunu sevgilisinə hədiyyə edib. Lakin 4 il sonra sevgilisindən ayrılan Paulina verdiyi hədiyyəyə görə peşman olduğunu bildirib:
“Sevgilimə çox aşiq idim, mənim üçün böyük ilham qaynağı idi. Ona göbək dəliyimi “səni sevirəm” qeydi ilə verdim. Amma indi geri çevrilib baxıram ki, nə qədər axmaq bir hərəkət etmişəm. Bununla ailəmlə aradakı bağlı tamamilə qoparmaq istəyirdim, amma geri qayıtsam, bir də belə etməzdim. Ailəmlə münasibətim həmişə pis idi, amma bu hərəkətim də dəlilik idi”.
Paulinanın qəribə davranışı bununla bitmir. O, bundan əvvəl dilini iki yerə ayırmış və onurğasının iki tərəfinə pirsinq taxdırmışdı.