20 May 2019 11:27
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada aparılan araşdırmaların nəticəsinə görə, kənd təsərrüfatı sahələrində kimyəvi maddələrdən istifadə halları kəpənək növlərinin sayının azalmasına səbəb olub.

Teleqraf.com xəbər verir ki, artıq Almaniyada olan 189 kəpənək növünün 99-nun adı “Qırmızı kitab”a daxil edilib.

Beş növün nəsli isə tamamilə tükənib.

Münhen Texniki Universitetinin professoru Jan-Kristian Habel kənd təsərrüfatının kəpənək faunasına mənfi təsirlərini araşdırıb.

Araşdırmalarda kənd təsərrüfatı fəaliyyətlərinin sıx aparıldığı bölgələrdə kəpənək növlərinin kəskin azalması müşahidə edilib. Bura təsərrüfat işlərinin görüldüyü ərazilərə yaxın bölgələr də daxildir.

Mütəxəssislər kəpənək növlərinin azalmasının digər səbəbinin kənd təsərrüfatı sahələrində yoluxucu xəstəliklər, yırtıcı həşərat və böcəklərlə mübarizədə pestisidlər və herbisidlərdən istifadə hallarının genişlənməsi ilə əlaqələndirir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər