20 May 2019 15:12
909
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin ukraynalı həmkarını inauqurasiya münasibətilə deyil, Donbas münaqişəsinin tənzimlənməsi sahəsindəki ilk uğurları və iki ölkə arasındakı münasibətlərin yaxşılaşması münasibətilə təbrik edəcək.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Peskov Ukraynanın cənub-şərqindəki münaqişənin ukraynadaxili problem olduğunu və bunu yeni prezidentin Minsk razılaşmaları əsasında həll etməli olduğunu bildirib.

Qeyd edək ki, Vladimir Zelenski mayın 20-də and içərək vəzifəsinin icrasına başlayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər