25 May 2019 19:34
783
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belçika polisi əlinə qandal vurulan şübhəlini amansızcasına döyüb. Polis əvvəlcə ayağı ilə yer uzanmış gəncin başına zərbələr endirib, daha sonra yumruqla başına vurub.

Teleqraf.com xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkədə yayıldıqdan sonra ciddi etiraza səbəb olub.

Hadisə Belçikanın Brüssel bölgəsinin Sint-Jans Molenbeek şəhərində olub. Polis yaxaladığı 19 yaşlı şübhəlini xüsusi qəddarlıqla döyüb.

Rəsmilər görüntülərlə bağlı araşdırmalar başlandığını bəyan ediblər. Video sayəsində polisin şəxsiyyəti müəyyən edilib və o, həbs olunub. Ancaq hərəkətinə görə üzr istədikdən sonra azad olunub.

Bununla belə, araşdırma davam edir və polis 2 il müddətinə həbs oluna bilər.


Müəllif: Cavad

Oxşar xəbərlər