8 Sentyabr 2014 12:53
1 465
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın Həcc və Ümrə ziyarəti idarəsinin keçmiş rəhbəri, Telaferdən olan millət vəkili Şeyx Təqi Mövla İraq türkmənlərinin durumu ilə bağlı açıqlama verib.


Türkiyənin “Halk tv” kanalına danışan İraq türkmənlərinin nüfuzlu liderlərindən olan Təqi Mövla İraq türkmənlərinin hazırkı durumu, türkmənlərin məruz qaldığı işgəncələrlə bağlı danışıb, eyni zamanda Türkiyə hökumətinin türkmənlərə sahib çıxmadığını bildirib.

“Hazırda İraqda türkmənlərin durumu çox çətindir. Türkmənlərin əlində heç bir yer qalmadı, hamısını əllərindən aldılar. Məscidləri partlatdılar, cahiliyyət dönəmində (İslamiyyətdən əvvəl) olmayan işlər bu gün orda baş verir. Hazırda Mosulda Nəhhasin bazarında yezidi kürdləri və türkmən qızlarını, qadınlarını pulla satırlar. Bir çox insaflı insanlar bu qızları pulla alır, sonra gizli şəkildə evlərinə göndərirlər” – deyə türkmən lideri bildirib.


Şeyx Təqi bildirib ki, türkmən qadınları Mosul bazarlarında satılır. Eyni zamanda o, hazırda 1000 nəfərə yaxın qadının İŞİD-in əlində əsir olduğunu bildirib: “Bizim bu gün təqribən 1 milyona yaxın məcburi köçkünlər var. Bütün türkmən məntəqələrindən qaçan insanlardır. Bu insanlar çox acınacaqlı halda yaşayırlar. Tibbi xidmətə, dərmana ehtiyacları var, hər 3-4 ailə kiçik bir otaqda yaşayır. Mən ilk növbədə Türkiyə hökumətini qınayıram, siz türk hökumətisiniz. Biz də sizdənik, türkmənik, sizin qeyrətiniz necə qəbul edir ki, türkmən qızları çarşı-bazarlarda satılır? Heç zaman belə zülm olmayıb. Mən bunları hər zaman televiziyalardan danışa bilmirəm, bizim qeyrətimiz necə qəbul edir ki, qızlarımız bazarlarda satılır? Bu gün çoxlu sayda, bəlkə də 1000 nəfərdən artıq qadınlarımız Telaferdə İŞİD zindanlarındadır. Çoxu qaça bilməyənlərdir. Yalnız dünən iki qadını orda edam ediblər”.


Jurnalistin “Türkiyə hökuməti “türkmənlər bizim üçün öncəlik təşkil edir dedi. Bunu müşahidə edə bildinizmi, öncəlik vardımı?” sualına cavab olaraq Türkmən lideri Türkiyədən umduqlarını dilə gətirib.


Sitat: “Türkiyə hökumətindən heç bir dəstək görmədik. Mən istəyirəm televiziya vasitəsi ilə səsimi onlara çatdırım. Mən telefon danışığında da bu sözləri cənab Davudoğluna dedim. Ona bildirdim ki, Türkiyə hökuməti bizə bir yardım etmədi. Biz Türkiyədən iki çadır göndərməsini istəmirdik. Biz istəyirdik ki, başqa dövlətlər İŞİD-i bombaladığı kimi, Türkiyə də bizi müdafiə edəydi. Necə ki başqa ölkələr paraşütlə ərzaq, yardım gətirdilər, nicat verdilər. Biz eyni işləri Türkiyədən gözləyirdik. Biz gözləyirdik ki, Türkiyə Əmirliyə gələrək mühasirədə qalan 15 min türkməni xilas edəcək”.

musavat.com


Müəllif:

Oxşar xəbərlər