İranın Mazandaran əyalətinin Kelardəşt şəhəri yaxınlığındakı bir kənd evində əyləncə məclisinə qatılan 15 qadın və kişi saxlanılıb.
Teleqraf.com xəbər verir ki, gecə saatlarında keçirilən əməliyyatda içkili vəziyyətdə saxlanılanların beşi qadın, onu kişidir.
Polis bölməsinə aparılan şəxslər barədə cinayət işi açılıb.
Xatırladaq ki, son 2 ildə İranın müxtəlif şəhərlərində əyləncə məclislərinə qatılan 1800-dən çox qadın və kişi həbs edilib.