Uzaq mənzilli raket layihəsində Türkiyə ilə Çin arasında davam edən razılaşmalarda yaranan bəzi uyğunsuzluqlar tenderdə ikinci namizəd olan Fransa ilə danışıqların aparılmasını zəruri edib.
Teleqraf.com-un “Radikal”a istinadən verdiyi xəbərə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib.
Xatırladaq ki, Türkiyə ilk uzaq mənzilli raket və hava müdafiə sistemi layihəsi üçün ötən il payızda keçirilən tenderdə Çin firması CPMIEC ilə danışıqlara başlayıb.
Samir