Rusiyada partlayıcı maddələr istehsal olunan zavodda baş vermiş partlayış zamanı 19 nəfər yaralanıb.
Teleqraf.com xəbər verir ki, hadisə Nijni Novqorod regionunun Dzerjinski şəhərində özəl şirkətin zavodunda qeydə alınıb.
Partlayışdan sonra əraziyə təcili tibbi yardım avtomobilləri çağırılıb. Yanğın söndürülməyə başlayan zaman bölgə rəhbərliyi də təcili toplantı keçirib.
Rusiya mediası partlayış zamanı dumanla birlikdə havaya nüfuz edən kimyəvi maddələrin fəlakətə yol aça biləcəyini qeyd edib.