Əfqanıstanın Qazni əyalətində avtomobil partladılıb.
Teleqraf.com xəbər verir ki, partlayış nəticəsində azı 8 polis əməkdaşı həlak olub, 9-u isə yaralanıb.
Avtomobili terrorçu-intiharçının idarə etdiyi bildirilir. O, avtomobili polis əməkdaşları olan əraziyə sürərək partlayıcı qurğunu işə salıb.