Ermənistanın meşə təsərrüfatında böyük məbləğdə korrupsiya sxemi aşkarlanıb, 18 nəfərə qarşı cinayət işi başlanılıb.
Məlumatı Ermənistan İstintaq Komitəsinin Mətbuat xidməti yayıb.
Bildirilib ki, onların bir qismi ağacların kəsilməsində, bəziləri vəzifə səlahiyyətindən sui-istifadədə, bir hissəsi rüşvət almaqda və rüşvətin verilməsində vasitəçilik etməkdə ittiham olunur.
Cinayət nəticəsində dövlətə 101 milyon 438 min 250 dram (212 940 dollar) məbləğində ziyan dəyib. Məbləğin 4 milyon dramının (8 400 dolları) dövlət büdcəsinə qaytarılması təmin olunub./Report/