5 İyun 2019 17:24
884
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çexiyada Avropa Birliyi (AB) fondlarından gələn pulları korrupsiya yolu ilə mənimsəməkdə ittiham olunan baş nazir Andey Babişin istefası tələb olunur.

Teleqraf.com xəbər verir ki, Praqanın mərkəzi meydanına minlərlə insan toplaşaraq, mitinqlərə başlayıb.

Etirazlar 1989-cu ildə kommunizmin iflas etməsindən sonra ölkə tarixində keçirilən ən böyük aksiya hesab edilir. Dünən keçirilən aksiyada 120 mindən çox insan iştirak edib.

Qeyd edək ki, Çexiya baş naziri Andrey Babiş korrupsiyada ittiham edilir. Keçmiş kommunist lider Çexiyada ikinci ən zəngin şəxs hesab olunur. Babiş 2017-ci ildən ölkənin baş naziri vəzifəsini icra edir.

Hələ bir neçə ay əvvəl Çexiya polisi AB fondlarında korrupsiyaya yol verdiyi üçün baş nazir haqqında araşdırmaya başlanmasını vacib sayırdı. Bundan sonra ölkənin ədliyyə naziri istefaya gedib və yerinə indi keçirilən aksiyaların hədəfində olan şəxslərdən biri Marie Benesova gətirilib.

Yeni ədliyyə nazirinin Babiş barəsində araşdırmaya təsir edəcəyini bəyan edən “Demokratiya üçün milyon dəqiqə” qrupu aprel ayından aksiyalara başlayıb.


Müəllif: Cavad

Oxşar xəbərlər